Xəbər lentİ


“Şans” Regionlara Dəstək İctimai Birliyi yeni layihəyə start verib

18:55, 06.06.24
7
sosial
“Şans” Regionlara Dəstək İctimai Birliyi yeni layihəyə start verib“Şans” Regionlara Dəstək İctimai Birliyinin sədri Natiq Heydərov bildirib ki, Azərbaycan möhtəşəm Zəfərini qazansa da postmüharibə dövründə QHT-lərin kifayət qədər görəcəyi işlər var. İşğalından azad olunan ərazilərimizdə düşmən tərəfi xeyli sayda minalar basdırıb. Düşmənin bu təxribatları nəticəsində bu vaxta qədər dinc əhalimizdən xəsarət alanlar, dünyasın dəyişənlər var. İşğaldan azad olunmuş bir çox ərazilərdə olduğu kimi, Kəlbəcər rayonunda da gözlənilməyən yerlərdə ermənilərin basdırdıqları bu minalar günahsız insanın canını alıb. Ermənilər bütün hüquq və insanlıq qaydalarını pozaraq belə iyrənc əməllərə əl atıblar. Baxmayaraq ki, Azərbaycan dövlətinin müvafiq qurumları minatəmizləmə işlərini bütün vasitələrdən istifadə edərək davam etdirir. Düşünürük ki, bu işdə QHT-nin potensialından yararlanmaq effektli vasitələrdən biri olacaq. Biz regionlarda çalışan QHT olaraq əhali arasında geniş maarifçilik işi aparmaq gücündəyik.
QHT sədri onu da qeyd etdi ki, Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi “Şans” Regionlara Dəstək İctimai Birliyinin “Mina təhlükəsi barədə maarifləndirmə” layihəsi çərçivəsində “Mina təhlükəsindən necə qorunmaq olar " adlı videoçarx hazırlamağı planlaşdırırıq. Yüksək səviyyədə hazırlanacaq belə videoçarxın auditoriyası geniş olacaq. Keçmiş məcburi köçkün olan Kəlbəcər sakinlərinin dünyagörüşünə, həyata baxışına, mina təhlükəsindən necə qorunmaqla bağlı maariflənməsində belə videoçarxların əhəmiyyəti böyük olacaq.

Fikirlər

 Oxşar xəbərlər: