“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarının ətrafında növbəti təmizlik aksiyası təşkil edilib.
Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul əməkdaşları da iştirak ediblər.
Bildirib ki, aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Eyni zamanda, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasında, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdir.
Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.