Qlobal sülh XXI əsrin 1-ci yarısının üç əsas problemlərinin birincisidir. O, eyni zamanda davamlı inkişafın, tərəqqinin, intibahın əsas şərtidir.
Hal-hazırda qlobal sülhə ən böyük təhdid bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi uğrunda “qlobal güc”lərin mübarizəsidir. Bu çox müxtəlif yollarla dövlətlərin daxili işlərinə qarışma, regional münaqişələr yaratmaq, müharibəyə təhrik etmə, təcavüzkarı dəstəkləmək, ayrı-ayrı dövlərləri ən müasir qırğın silahları ilə silahlandırmaq və sairə üsullarla həyata keçirilir. Sülh, əmin-amanlıq, quruculuq, xoşbəxtlik, rifah simvolu olub dini əsatirlərdə göstərilən cənnətə sinonimdir.
Müharibə, aclıq, səxavət, dağıdıcılıq, xarabalıq, ölüm-itim, xəstəlik deməkdir. Cəhənnəmə sinonimdir. Əslində cənnət də cəhənnəm də bu real dünyalardır. Gəlin dünyamızı cəhənnəmə yox cənnətə çevirək. Dünya tək sənin yox, hamımızın olduğu üçün, istisnasız koordinasiya olunmuş sülh nəzarəti zəruridir.
Qlobal sülhə ikinci böyük təhdid milli-etnik və dini zəmində qarşıdurmalarının son dərəcə artmasıdır. İslamofobiya, türkofobiya, antisemitizm, millətçilik, şovinizm, antoqonist, fərqlilik olmayıb məskunlaşma ilə məkan müxtəlifliyi, insanların tarixi birliyi ilə əlaqədar formalaşmışdır. Müqayisə üçün deyək ki, bioloji müxtəliflik təbiəti nə qədər zənginləşdirir, gözəlləşdirirsə, milli-etnik, dini müxtəliflik də cəmiyyəti zənginləşdirir, gözəlləşdirir, məhdud monotonluqdan qurtarır, həyatı rəngarəng, daha maraqlı, cazibədar edir. Milli-etnik, dini müxtəlifliyin qorunması hər bir dövlətin müqəddəs qanunlarından biri olmalıdır. Bununla tolerantlıq, multikulturalizm təmin edilmiş olur.
Qlobal sülhə 3-cü böyük təhdid son zamanlar hələ indiyə qədər olmamışdır. Həcmdə sürətlə silahlamanın olmasıdır. Sülh istəyirsənsə müharibəyə hazır ol, silahlanmanı tələb edir. Sülh istəyirsənsə sülhə hazır ol, daha məntiqli dürüst cavabdır.
Niyyətlə əməl bir-birini tamamlayır.
Təcili, təxirəsalınmaz tədbirlərdən ən vacibi surətlə silahlanmanın qarşısının alınması, nüvə silahından imtina edilməsi, mövcud nüvə silahlarının demontaj edilməsi istiqamətində hamılıqla nəticəyönümlü işlərə başlamaqdır.
Bəşər tarixinə əsaslanıb, müxbir dövrü nəzərə alıb gələcəyi proqnozlaşdırıb qlobal sülh mədəniyyətinin konturlarını qlobal sülh kodeksi kimi təqdim edirik:
1.Dinc yanaşı yaşamaq.
2.Mübahisəli məsələləri mövcud variantlar lazım gələrsə, kompromis variantlar nəzərə alınmaqla danışıqlar yolu ilə həll etmək.
3.Qarşılıqlı fayda əsasında bərabər hüquqlu əməkdaşlıq etmək.
4.Dövrün ən ümumi çağırışları əsasında birləşmək.
5.Dövlətlərin ərazi münasibətlərdə güc tətbiqindən çəkinməmək.
6.Dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı.
7. Sağlam rəqabətin bərqərar olması.
8.Təbii fəlakət, texnogen qəza, epidemiya, pandemiya hallarında humanitar dəstəyin göstərilməsi.
9.Sülhə hər hansı təhdid olduğu tərəfkeşliyə yol vermədən obyektiv mövqeyin göstərilməsi.
10.Aqressiya baş verdikdə sülhə məcburetmə tədbirləri: aqressorun beynəlxalq aləmdə tam izolyasiyasını həyata keçirmək, dərhal münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsi, tezliklə atəşkəsə nail olmaq, aqressorun cəzalandırılmasını təmin etmək.
Məsum Kamal oğlu Əliyev
Kürdəmir rayon Karrar ASM bölmə müdiri
17.08.2024