Son illər respublikamız sürətlə inkişaf edir, böyük quruculuq və abadlıq işləri aparılır. Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə əməl edən vəzifə sahiblərinin ciddi səyi nəticəsində ölkəmizdə aparılan, sözün həqiqi mənasında böyük quruculuq işləri göz oxşayır. Müxtəlif sahələrdə əsaslı təmir və tikinti işləri görülən işlərin böyük əhəmiyyətindən xəbər verir. Bu mənada Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sanatoriyalarında aparılan təmir və abadlıq işləri əhalinin razılığına səbəb olmaqla yanaşı, onların istirahətinin səmərəli təşkil olunmasına xidmət edir. Konfedrasiyasının “Abşereon” sanatoriyası əhalinin ən çox müraciət etdikləri sağlamlıq mərkəzlərindən biri hesab olunur. Hər il burada on minlərlə insan müalicə olunur, istirahət edir. Sanatoriyanın işçiləri başda baş həkim Fəxrəddin Kazımov olmaqla buraya gələnlərin müalicəsini və istirahətinin səmərəli təşkil olunması üçün var qüvvələrini sərf edir. Sanatotiyanın istər müalicə, istərsə də yataq korpusları tam təmir olunub, burada səliqə-səhman göz oxşayır. Həyət-baca səliqəlidir, böyük yaşıllıq zonaları yaradılıb. Təəssüf ki, bütün bunların müqabilində istirahətə gələnləri həyət-bacada gəzişən sahibsiz itlər ciddi narahat edir. Bu cür sahibsiz itlər xüsusilə gecə saatlarında daha çox olur. Onlabaxmayaraq rın harada gəldi gəzişməsi, bir-birlərinə hücüm etmələri hətta xəstəlik mənbəyidir və antisanitariya belə yaradır. Bəlkə də quduzluq xəstəliyi daşıyıcıları da ola bilər belə itlər. Ona görə də, belə sahibsiz itlərin tutulub bağlı yerlərə aparılması məqsədə uyğundur.
Sanatoriyanin baş həkimi Fəxrəddin Kazimov sahibsiz itlərin zərərsizləşdirilməsi uçun əlaqədar təşkilatlardan kömək istədi. Dedi ki, belə itləri məhv edən təşkilat var . Onlar bu cür sahibsiz itlərə qarşı ciddi mübarizə aparır onları zərərsizləşdirirlər. Təəssüf ki, son illər belə sahibsiz itlərə qarşi mubarizə unudulub, ona görə də sahibsiz itlər bir çox yerlərdə meydan sulayır. Nədənsə bu cür sahibsiz itlər ciddi səylə onlara qarşi mubarizə aparmagimiza baxmayaraq “Abşereon” sanatoriyasınin həyətində də var. Ona görə də Bakı şəhərinin əlaqədar təşkilatları belə xoşagəlməz halların qarşısını almalı, itlərin zərərsizləşdirilməsi üçün müvafiq addımlar atmalıdır. İnsanlarin dincəldiyi və istirahət etdikləri sanatoriyanın həyətində sahibsiz itlərin çoxalması yol verilməzdir.
İnanırıq ki, əlaqədar təşkilatlar bu problemi həll etməklə “Abşereon” sanatoriyasının abu-havasına xələl gətirən bu neqativ halı aradan qaldıracaqlar.