Xəbər lentİ


Cənnət məkanı Göygöl sürətlə inkişaf edir

21:39, 07.04.16
826
sosial
Cənnət məkanı Göygöl sürətlə inkişaf edir Göygöl rayonun adı gələndə dillər əzbəri olan şeirlərin, mahnıların tanış misraları havalanır yaddaşımızda. Bura doğrudan-doğruya bir cənnət məkanı, gözəlliklər məskənidir.
Sevindirici cəhətdir ki, son vaxtlar Göygöl rayonu öz tarixi dəyərlərinə layiq bir şəkildə abadlaşdırılır. Burada təbiət gözəllikləri ilə insan əməllərinin misilsiz sənətkarlığı bir vəhdət təşkil edir, gözəllik üstünə gözəllik gəlir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncam və tövsiyəsinə uyğun olaraq regionların sürətlə inkişaf etdirilməsi prinsipi Göygöl Rayon İcra Hakimiyyəti başçısı cənab Arif Seyidov tərəfindən Göygöldə uğurla həyata keçirilir.
Artıq qarşımızda Göygölün simasmda tam müasir, abad bir rayonun xüsusi özəlliyi və gözəlliyi ilə seçilən bir yaşayış tərzinin mənzərəsi dayanır. Baxmaqdan göz, vəsf etməkdən könül doymur.
Bu işdə RİH başçısı Arif Seyidovun xüsusi və əvəzsiz xidməti var. "Bağa baxarsan bağ olar" anlayışı bu gün Göygöl rayonunun yenidən qurulması və abadlaşdırılması prosesinin əsas devizi kimi səslənir. Göygöl təbiətin dilbər bir guşəsi kimi bu gün öz ömrünün çiçəklənmə dövrünü yaşayır. Burada dövlətə, dövlətçiliyə sədaqət, etibar hissi həmişə ön sırada olub. İnsanlarının əməksevərliyi tarixi köklərə bağlıdı. Təbiətinin axar-baxarı, cazibəsi və füsunkarlığı insanlarının mənəvi aləminə şərtləndirilir. Burada təbiət və insanlar qoşa abidələr kimi üzbəüz dayanıb. Biri o birinə hörmət, məhəbbət gətirir.
Göygöl bütövlükdə Azərbaycan təbiətinin paklıq simvolu kimi pak, ülvi və könül oxşayandı. Belə yerə yaşayıb quruculuq, əzmkarlıq duyğularından uzaqda dayana bilməz. Bu dediklərimiz Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov əməlində, gündəlik işində özünü yüzdə-yüz doğruldur.
Rayon icra başçısı Arif Seyidov Azərbaycan Prezidentinin sərəncam və tövsiyələrini son dərəcə ləyaqət və sədaqət hissi ilə, böyük əzmkarlıqla yerinə yetirir.
Uğur olsun!
Cənnət məkanı Göygöl sürətlə inkişaf edirCənnət məkanı Göygöl sürətlə inkişaf edirCənnət məkanı Göygöl sürətlə inkişaf edirCənnət məkanı Göygöl sürətlə inkişaf edir

Fikirlər

 Oxşar xəbərlər: