Xəbər lentİ


Yevlax rayonu üzrə qısa məlumat

12:25, 21.07.16
711
sosial
Yevlax rayonu üzrə qısa məlumat Ərazi və əhali

Yevlax rayonunun ərazisi 1.47 min kvadrat kilometrdir, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 86.0 nəfər təşkil edir.
2016-cı ilin I rübündə Yevlax rayonunun əhalisi 125864 nəfər olmuş və keçən ildəkindən 0,8 faiz artmışdır. Əhalinin 47.6 fazizini kişilər, 52.4 faizini qadınlar təşkil edir.
Əhalinin 68070 min nəfəri və ya 54.1 faizi şəhər yerlərində (Yevlax şəhəri 61326, Aran qəsəbəsi6744 nəfər) 57794 min nəfər və ya 45,9 faizi isə kənd yaşayış məntəqələrindəm yaşayır.
Ümumiyyətlə rayon əhalisinin 32221 nəfəri (25.6%) əmək qabiliyyətli yaşadan kiçik. 86594 nəfəri(68.8%) əmək qabiliyyətli, 7049 nəfəri (5.6%) isə əmək qabiliyyətli yaşadan yuxarı olan əhali təşkil edir.
2016-cı ilin I rübündə Yevlax rayonunda 443 körpə doğulmuş, ölənlərin sayı isə 249 nəfər olmuşdur.
2015-ci illə muqaisədə doğulanların sayi 60 nəfər azalmış, ölənlərin sayı 32 nəfər çox olmuşdur.
2016-cı ilin aprelin 1-i vəziyyətinə Yevlax rayonunda məskunlaşmış qaçqınların sayı 965 nəfər, məcburi köçgünlərin sayı isə 11323 nəfər olmuşdur.

Təhsil

Rayonda fəaliyyət göstərən 25 daimi məkdəbəqədər uşaq müəssəsində 1587 nəfər uşaq tərbiyə alır.
2015-2016-citədris ilində Yevlax rayonunda 58 dövlət ümumitəhsil məktəbləri fəaliyyət göstərir. 10 dövlət ümumitəhsil məktəbləri şəhər yerində,48 dövlət ümumitəhsil məktəbləri kənd yerində fəaliyyət göstərir.58 dövlət ümumitəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 15848 nəfərdir, 7394 şagird şəhər yerində,8454 şagird isə kənd yerlərində təhsil alır.
2015-2016-ci tədris ilində ikinci növbədə təhsil alam şagirdlərin sayı 1157 nəfərdir ki, bu da ümumi şagirdlərin 7.3 faizini təşkil etmişdir.2015-2016-ci tədris ilində 58 dövlət ümumitəhsil məktəblətində çalışan müəllimlərin sayı 2294 nəfər olmuşdur ki, onlarda 1838 nəfərini qadımlar təşkil edir.

Mədəniyyət

2015-ci ildə Yevlax rayonunda 41 klub, 59 kütləvi kitabxana və 2 muzey fəaliyyət göstarmişdir
Kütləvi kitabxanalarda kitab fondu 471.2 min müsxə olmuşdur ki, bu da orta hesabla 1000 sakinə 3746 nüxsə düşməsi deməkdir.
Yevlax rayonunda fəaliyyət göstərən Heydər Əliyev vəTarix diyarşünaslıq muzeylərinin ümüni sahəsi 2095.6 kv.m ekspazisya sərgi sahasi isə 488 kv.metirdir. Muzeylərə fərdi gələnlərin sayı 3.8 min nəfər olmuşdur.Ekskursiyaya gələnlərin sayı isə 15.1 min nəfər təşkil etmişdir. 2015-ci ilin axrına muzeylərdə ekspanatların sayı 3602 çalışan işçilərin sayı isə 7 nəfərdir.

Səhiyyə

2015-ci ildə rayonda 204 həkim və 498 orta tibb işçilərinin çalışdığı 4 xəstəxana (onlardakı çarpayıların sayı 267 ədəd), 13 ambulator-polikilinka və həkim məntəqələri fəaliyyət göstərmişdir. Rayon əhəlisinin hər 10000 nəfərinə 16.2 həkim ,39.6 orta tibb işçisi , 21.2 xəstəxana çarpayısı düşmüşdür.
Əhalinin sağlamlığını xarakterizə edən əsas göstəricilərdən biri olan xəstəlnmə hallarnın təhlili göstərilir ki,ötən il rayonda qeydiyata alınmış xəstələr arasında, bütovlükdə ölkədə olduğu kimi tənəffüs orqanlarının , qan dövranı sisteminin,yolxusu pazazitar və həzm orqanlarının xəstəlikləri üstünlük təşkil etmişdir. 2015-ci il üzrə Yevlax rayonunda Səhiyyə idarəsi tərəfindən 2940 nəfər diabetli xəstə qeydiyatından keçmişdir. Keçən il isə bu göstərici 2700 nəfər olmuşdur. Keçən il ilə müqayisə diabetli xəstələrin sayı 240 nəfər çox olmuşdur.
Rayon Markəzi Xəstəxanası tərəfindən diabetli xəstələrə dövlət hesabına 262.6 min mənət dəyərində pulsuz dərman pereparatlarının və diabed ölçmə cihazları ilə təmin edilmişdir. 2014-cü ildə bu göstərici 435.9 min manat olmuşdur.
2015-ci il ərzində Yevlax rayon təcili tibb yardım stansiyasına müraciət edənlərin sayı 10733 nəfər olmuşdur, 2014-cü ildə isə bu rəqəm 12457 nəfər təşkil etmişdir.

N.Məmmədov
Yevlax Rayon Statistika İdarəsini rəisi

Fikirlər

 Oxşar xəbərlər: