Xəbər lentİ


Nazir: Yeni tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin artırılması nəzərdə tutulub

18:05, 28.12.18
394
tehsil
Nazir: Yeni tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin artırılması nəzərdə tutulub Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub.
Bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir.
C.Bayramov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib
Nazirin sözlərinə görə, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır.

Fikirlər

 Oxşar xəbərlər: