Xəbər lentİ


Nazirdən vahid məktəbli formasına keçidlə bağlı AÇIQLAMA

16:06, 14.06.22
9
tehsil
Nazirdən vahid məktəbli formasına keçidlə bağlı AÇIQLAMA"Vahid məktəbli formasına keçid tədricən olacaq".

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, məktəbli formaları ilə bağlı hər bir məktəb öz daxilində qərar verməlidir. Bu qərar verilərkən qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə edilməlidir.

"Şagirdlərin vahid və müxtəlif çalarları məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində müəyyən sosial bərabərsizliklərin aradan qaldırılmasına, davranış dəyişikliklərinə də öz təsirini göstərəcək", - deyə nazir bildirib.

Fikirlər

 Oxşar xəbərlər: