Xəbər lentİ


AzMİU-nun tələbələri və gənc müəllimləri Mərkəzi Bankın sertifikatlarını alıblar

14:50, 21.06.22
8
tehsil
AzMİU-nun tələbələri və gənc müəllimləri Mərkəzi Bankın sertifikatlarını alıblarAzərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə Mərkəzi Bankın əməkdaşlarının keçirdiyi “Maliyə savadlılığı” mövzusundakı təlimlərdə fəal iştirak edən professor-müəllim, doktorant, magistr və tələbələrinə sertifikatlar təqdim olunub.
Təqdimat mərasimində çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitet və istehsalat müəssisələrinin birgə əməkdaşlığının tələbələr üçün böyük əhəmiyyətinə toxunub. Rektor bildirib ki, yaxşı haldır ki, doktorant, magistr və tələbələrimiz, eləcə də gənc müəllimlərimiz ölkənin aparıcı qurumlarının mütəxəssisləri tərəfindən aparılan seminar, treninqlərə qatılır, yeni bilik və vərdişlərə yiyələnirlər. Rektor çıxışında tələbələr və gənc müəllimlərin sertifikat proqramlarında aktivlik göstərməsini yüksək qiymətləndirib, belə təlimlərin təşkilində göstərdiyi dəstəyə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürünü bildirib.
Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov Mərkəzi Bankla AzMİU arasında əlaqələrin genişlənməsindən, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Keçirilən təlimlərin əhəmiyyətini vurğulayan professor qeyd edib ki, təlimlərin əsas məqsədi gənclərin fərdi və karyera inkişafına dəstək göstərmək, əmək bazarının tələblərinə uyğun şəxsi inkişafa dəstək verməkdir.
Mərkəzi Bankın İstehlakçılarla iş Departamenti Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov da təlimlərin tələbələr üçün böyük əhəmiyyətindən danışıb, tələbələrin fəallığına toxunub. Onların təlimlərdə öz bilik və bacarıqları ilə seçildiklərini xüsusi qeyd edib.
Sonda universitetin rektoru G.Məmmədova, Mərkəzi Bankın əməkdaşı Vüsal Həsənov təlimlərində müvəffəqiyyətlə iştirak edən tələbə və gənc müəllimlərə sertifikatlar təqdim ediblər.
Məlumat üçün qeyd edək ki, Nazirlər Kabinetinin “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər planının” icrası məqsədi ilə Mərkəzi Bank, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində ali təhsil müəssisələrində istehlakçıların maliyə savadlılığını artırmaqla onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif məzmunlu seminar və təlimlər keçirir.

Fikirlər

 Oxşar xəbərlər: