Xəbər lentİ


Pedaqoji fəaliyyətlə məşğul olma qaydası dəyişir

15:44, 22.06.22
9
tehsil
Pedaqoji fəaliyyətlə məşğul olma qaydası dəyişirMüsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Bu, Nazirlər Kabinetinin “Pedaqoji fəaliyyətlə məşğul olma Qayda”sında etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə uyğun olaraq pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdiriləcək. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat veriləcək.

Fikirlər

 Oxşar xəbərlər: