Xəbər lentİ


Rektor Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi

19:27, 23.11.22
60
tehsil
Rektor Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi60 illik yubiley sevincini yaşayan Sumqayıt Dövlət Universiteti böyük potensiala malik təhsil müəssisəsi olmaqla yanaşı, həm də regionun böyük mədəni mərkəzidir. Bu il 60 illik yubileyini qeyd edən universitet kollektivi böyük sevinc içərisindədir. Bu münasibətlə rektor professor Elxan Hüseynovun müvafiq Əmrinə əsasən universitet əməkdaşlarının maddi rifahının yaxşılaşdırılması üçün bütün əməkdaşlara pul mükafatı verilib.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov tərəfindən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il öncəsi, Novruz, Ramazan və Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur ki, bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.

Fikirlər

 Oxşar xəbərlər: