Xəbər lentİ


BDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirilib

11:40, 19.04.23
11
tehsil
BDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirilibBakı Dövlət Universitetində (BDU) akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Görmə orqanının fiziologiyası və patologiyalar” adlı Respublika konfransı keçirilib.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri böyükdür:
"Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Eyni zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub. 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olub. Apardığı elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. Görkəmli alim, fəal ictimai xadim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülüb".
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər şəxslər akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafındakı xidmətlərini diqqətə çatdırıblar.
Sonra akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən video nümayiş olunub.BDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirilib

Fikirlər

 Oxşar xəbərlər: