Xəbər lentİ


Mingəçevir Dövlət Universitetinin alimləri Zərdabda mühazirələr oxuyublar

11:01, 08.06.23
77
tehsil
Mingəçevir Dövlət Universitetinin alimləri Zərdabda mühazirələr oxuyublar2023-cü il iyunun 6-da Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə ˝Heydər Əliyev İli˝ çərçivəsində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda mühazirə keçirilib. Zərdab rayon 1 nömrəli məktəb liseyində keçirilən tədbirdə həmin rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri iştirak edib.
MDU-dan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Zərdab rayon Təhsil Sektorunun müdiri Gülağa İsgəndərov və MDU-nun Təhsil fakültəsinin dekan müavini Flora Namazova ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında göstərdiyi əvəzsiz xidmətlər, hakimiyyətə gəldiyi dövrlərdəki çətin siyasi vəziyyətlərdə uzaqgörənliklə mübarizə aparması, ölkənin hərtərəfli inkişafı və dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə zəmin yaratması və ˝Təhsil millətin gələcəyidir!˝ deyərək təhsilin inkişaf etdirilməsindəki müstəsna xidmətləri haqqında məlumat veriblər. Bildirilib ki, keçirilən mühazirə MDU ilə Mərkəzi Aran RTİ arasında ˝Heydər Əliyev İli˝ çərçivəsində müxtəlif formatlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb və bu tədbirlər universitet-məktəb əlaqələrinin inkişaf etdirilməsi, region təhsilinin çiçəklənməsində mühüm rol oynayır.
Açılış nitqlərindən sonra mühazirənin proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov və müəllim Aygün Qədirova məruzələrlə çxış ediblər.
Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsiləvi tədbirlər keçirilir.

Fikirlər

 Oxşar xəbərlər: