Xəbər lentİ


“Uzaqdan gələn səs”in əks-sədası

19:50, 08.11.16
2915
yazarlar
“Uzaqdan gələn səs”in əks-sədası Azərbaycanın müasir ədəbi mühitinə diqqət yetirsək ədəbi dövrümüzün yazıçı və şairləri arasında kifayət qədər sanballı əsərlər yaradan qələm sahiblərinin olduğunu görərik. Elə təkcə gənc ədəbi qüvvələrini nümunə göstərmək kifayətdir ki, ədəbi mühitimizin, poeziya dünyamızın etibarlı əllərdə olduğuna əminlik yaradar. Bu gün nəinki paytaxtda olan qələm sahiblərinin, hətta regionlarda yaşayan yazıçı və şairlərin də səsi öz ətraf mühitindən uzaqlarda, paytaxtımız Bakıda, daha sonra isə ölkəmizin hududlarından kənarda əks-səda verir. Bu əks-səda əlbəttə ki, jurnal, qəzet, eləcə də sosial şəbəkələr vasitəsilə ötürülür.
Yaxın keçmiş müstəvisindən bir neçə il öncəyə nəzər yetirək; vaxtilə “Mingəçevir leysanı”, daha sonra isə “Bənövşə” adı altında çapdan çıxan ədəbi-bədii junral öz orjinallığı və aktivliyi ilə gündəmdə böyük rol oynayır. Jurnalda həm yaşlı, həm də gənc nəsil nümayəndələrinin həyata, insana bəşəri dünyəvi münasibətlərindən söz açan maraqlı şeir və publisist yazılar dərc edilir. Bu isə sözsük ki, oxucunun böyük marağına səbəb olur. Eyni zamanda ədəbi bədii simalarla oxucular arasında yaradılan körpüdür “Bənövşə “ jurnalı . Jurnal nəinki oxucu ilə tanışlığına, hətta ümumi yaradıcılıq fonunda dərc olunan müəlliflərin də bir-birləri ilə tanışlığına vəsilədir. Butün bu üstün məziyyətlərdə əlbəttə ki, İsmayıl İmanzadənin rolu böyükdür. İsmayıl İmanzadə adı çəkilən ədəbi-bədii yunralın təsisçisi və baş redaktoru olmaqla bərabər, həm də çağdaş Azərbaycan ədəbi mühitinin ən parlaq və tanınmış simalarından biri, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədridir.
Gərgin zəhməti sayəsində böyük etmadı doğruldan şairin təsis etdiyi ədəbi jurnalın söz-sənət işiğına nəinki Mingəçevirdə yaşayıb yaradanlar, eləcə də Mingəçevirə yaxın bölgələrdə də yaşayan şair və yazşıçılar toplanır. Eyni zamanda respublikamızda tanınan yazıçı və şairlərin də qələmə aldıqları əsərlər jurnalda yer tutur.
Ədəbiyyatımızın ədəbi üfüqlərində AYB-nin kitab layihəsinin xəttiylə Mingəçevir yetirmələrinin bədii sənət numunələrini əks etdirən yeni bir almanax “Uzaqdan gələn səs” adlı şeirlər toplumu işıqlandı. Təqdim edilən topluda iyirmi doqquz şair, doqquz nəsrin nümunələri oxuculara təqdim olundu.
Gəlir səsi, sədası,
Ürəkdən qopan sözün.
Sözdən hopur nəğməyə
Oxunur asta- həzin
Nəgməsi şairlərin.

İ.Imanzadə “Şölə saçan söz ocağı” başlığı ilə topluda imzası gedən müəlliflərə xeyir-dua verərək kitaba ön söz yazmışdır. Onu da qeyd edim ki, bir müəllif kimi kitabda yer aldığım üşün Minğəcevr şəhərində, iyun ayının iyirmi doqquzuda keçirilən təqdimatda iştirak etdim. Yayın qızmar günlərinə təsadüf etməsinə baxmayaraq tədbirdə böyük izdiham yaşandı. Söz səltənətinin şam işığına toplaşan qələmdaşları, bölgələrdən gələn yazarları bir yerdə görməyim mənə əsas verdi ki, yuxarıda qeyd etdiyim fikirlərimimi qələmə alım.
Oktyabr ayının iyirmi altısında Azərbaycan Yazıçılar Birliyininin “Natəvan” klubunda ” keçirilən “Uzaqdan gələn səs” kitabın təqdimat mərasimində mingəçevirli yazarları Azərbaycan Yazıçılar Birliyi, Şamaxı və Qazax rayonunun yazarlar bölməsinin nümayəndələri salamladı. Tədbiri AYB-nin əməkdaşı və layihənin rəhbəri Xəyal Rza açıq elan edərək kitabda yer alan müəlliflərin poetik nümunələri haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Tədbirdə bir sıra tanınmış simalarla birlikdə millət vəkili Aydın Mirzəzadə də çıxış edərək fikirlərini açıqladı, müəllifləri və kitabın redaktoru İsmayıl İmanzadəni təbrik etdi. Bəli, Mingəçevir ədəbi mühitinin dəyərli nümunəsi olan “Uzaqdan gələn səs” adlı şeirlər toplusu paytaxt Bakıda da mühüm ədəbi hadisə kimi layiqincə qeyd edildi. Qeyd edim ki, müəlliflərin bədii səviyyəsi kitabın səifələrindəki şeirlərdə öz əksini tapmışdır. Kitabın ümumi yaradıcılıqında əsas göstəricisi müasir dövrümüzdə yeni yazar nəslinin özünəməxsusluğu, müasir dövrün sənət tələblərinin yerinə yetirilməsi, dövrümüzlə ayaqlaşa bilməsidir. Ömür-günlərinin sirrini qələmə sirdaş edən şairlərin zəhməti bada getməmişdir. İsmayıl İmanzadənin təbirincə desək;
Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr dada.
Sınmayır dar ayaqda da
İçindən qırılan şair.

Çətin şair dünyası ilə üz-üzə duranların sınaq, imtahan günü idi “Uzaqdan gələn səs” kitabının təqdimatında iştirak etmək. Adətən uzaqdan gələn səs zəif edidilir. Ancaq “Uzaqdan gələn səs” toplusunun səsi-sədası bütün respublikamıza yayıldı. İnanıram ki, Mingəçevir yazarlarının II toplusu olan bu almanaxın sonrakı illərdə yeni toplumlarıda silsilə şəklində çap olunacaq və yeni müəlliflərin imzası ilə oxucu kütlələri tanış olacaqdır. Ümidvaram ki, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi digər bölgələrlə əbədi-bədii əlaqələri bir daha genişləndirəcək, müəlliflər arasında yaratdığı dostluq körpüsünü uzun ömürlü edəcəkdir. Eyni zamanda ədəbi-bədii dünyamızın söz dənizində çalxalanmaq üçün böyük fürsətlər yaradacaqdır.

Mətanət Ulu Şirvanlı
AYB-nin üzvü, şair-publisist

Fikirlər

 Oxşar xəbərlər: