Xəbər lentİ


Azərbaycan-İran dostluğu davam edir

11:45, 11.02.21
107
yazarlar
Azərbaycan-İran dostluğu davam edir Dünyada beynəlxalq terrora qarşı amansız mübarizə aparan və özünün məğlubedilməz strategiyası ilə tanınan Şərqin dahi generalı Hacı Qasım Süleymani haqqında yazılmış “Şəhadətini gözləyən şəhid” bədii-sənədli kitab Azərbaycanda çap olundu. Kitabın nəşri ölkənin terrora qarşı mübarizədə yeni bir tarixi səhifəni təşkil edir. Kitabın məsləhətçisi, iranlı tədqiqatçı Hüseyn Siyamidir.
Kitab Azərbaycan-İran Dostluğu Cəmiyyətinin xəttilə nəşr olunub. İctimaiyyət tərəfdən maraqla qarşılanan və oxunan bu kitab həm də geniş polemikaya səbəb olub.
Kitabın müəllifi professor, politoloq Rövşən Novruzoğlu açıqlamasında göstərir ki, Azərbaycanda general Hacı Qasım Süleymaninin güclü və çoxlu tərəfdarları var. Ermənilərə və beynəlxalq terrora qarşı mübarizələrdə, torpaqlarımızın azad olunmasında geniş istifadə olunur.
Xatırladım ki, Tehran-Bakı əlaqələrində (istər siyasi, iqtisadi, istər mədəni) Ümummilli liderimiz Heydər Əliyev və İnqilabın rəhbəri İmam Xomeyni tərəfindən yazıldı. “Sədaqət və qarşılıqlı hörmət startegiyası” adlı proqram bu gün Azərbaycan Prezidenti İlham Əliyev və İnqilabın rəhbəri Ayətulla Xomeneyi tərəfindən davam etdirilir.
Heç kəs şübhə etmir ki, Tehran öz ənənələrinə sadiq qalaraq, həmişə Bakının yanındadır. Çünki bu ənənələrin kökü var. Eləcə də Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdiyi kimi, “Azərbaycan imkan verməyəcək ki, onun ərazisindən kimsə pis məqsədlər üçün istifadə etsin…”

Fikirlər

 Oxşar xəbərlər: