Xəbər lentİ


Bəlkə açasan gözünü

12:22, 15.02.21
88
yazarlar
Bəlkə açasan gözünü

Arif Musa,
şair-publisist

Bəlkə açasan gözünü

Qulağıyla sevən gözəl,
Bəlkə açasan gözünü.
Deyilənlər doğru çıxmaz,
Qınayarsan öz-özünü.
Bəlkə açasan gözünü.

Peşman olmaq fayda vermir,
Harayına hay da vermir.
Bu sevgidən pay da vermir,
Çalış itirmə izini,
Bəlkə açasan gözünü.

Aldatmasın pullar səni,
Hər açılan qollar səni.
Çaşdırmasın yollar səni,
Doğru yola tut üzünü,
Bəlkə açasan gözünü.

Həyat sənin, yol sənindir,
Ürəyini dinlə, gözəl.
Bu xoşbəxtlik geci, tezi,
Olacaqdır sənlə, gözəl.
Bilmək üçün sən düzünü,
Bəlkə açasan gözünü.

Fikirlər

 Oxşar xəbərlər: