
Bu bəd xəbəri dünən axşamdan müxtəlif sosial şəbəkələrdə və saytlarda yayıblar. Guya təzə xəbərdi. Onsuz da bizdə dünyada iqtisadi böhran getməmişdən hər şey bahalaşırdı. İndi də bütün qiymətlər ikiqat artıb. Hələ belə getsə taxıl qıtlığı və un azlığı ilə əlaqədar olaraq çörəyin qiyməti daha da artacaq.
Amma kənddə mənim qohum-əqrəbam çox ağıllı tərpənib əvvəllər bostan-tərəvəz, yonca əkdikləri yerə taxıl əkiblər. İndi maşallah, həmin taxıl da göyərib. Deyirlər ki, müəllim, heç ürəyini sıxıb-eləmə, un nə qədər baha olur-olsun, sənə nə qədər lazımdır un verəcəyik. Mən də fikirləşirəm ki, yaxşı, mənim qohum-əqrəbam kömək elədi, bəs imkanı olmayan adamlar çörək dəfələrlə bahalaşsa necə çıxış yolu tapacaqlar? Ona görə də bərk narahat oluram.
Emil Faiqoğlu