Xəbər lentİ


PARK, YOXSA…

17:11, 17.03.22
22
yazarlar
PARK, YOXSA… 5-10 il bundan əvvəl Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində «Ana-bala» heykəlinin yanında bir park tikirdilər. Bunu da camaat eşidib çox sevinmişdi, çünki Yeni Günəşlidə böyük bir park yox idi. Amma illər keçdi, hasarlanmış tikilidə bəzi inşaat işlərindən başqa heç nə gözə dəymədi. Və camaat da düşündü ki, bu necə parkdır ki, 5-10 ildir tikintisi davam edir.
İndi bir neçə aydır həmin parkın hasarlarını söküblər, əgər buna park demək mümkünsə. Məlum olur ki, orda parkdan söhbət gedə bilməz, sadəcə olaraq, hansısa inşaat işləri görülüb, o da qalıb yarımçıq. Bax, camaatın olan-qalan ümidi də belə puça çıxdı, nə park tikildi, nə də yeni günəşlilər gəlib orda istirahət edə bildi.

Emil Faiqoğlu

Fikirlər

 Oxşar xəbərlər: