“Gənclik” nəşriyyatında istedadlı şair Arif Musanın “Geriyə baxsan...” adlı yeni kitabı çap olunub. Kitabda şairin son illərdə yazdığı poetik-ictimai və fəlsəfi məzmunlu şeirləri, hekayə və xatirələri, həmçinin, onun haqqlnda qüdrətli qələm sahiblərinin ürək sözləri verilmişdir.
Kitabda həyatın, taleyin – bütöv bir ömrün poetikası cəm olub. Eyni zamanda müəllifin həyata fərqli baxışı kitabın ruhunu əks etdirir.
Kitab geniş oxucu kütləsiüçün nəzərdə tutulub.
Arif Musa Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olub. “Söz” qəzetinin təsisçi və baş redaktoru, “Söz işığında” Respublika Ədəbi Birliyinin sədri, SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, bir neçə şeir kitabının müəllifi, onlarla kitabın rəyçisi, redaktoru, ön söz müəllifi, “Qızıl qələm”, “Peşəkar jurnalist” və “Nəsir İmanquliyev adına” media mükafatları laureatıdır.
“Geriyə baxsan...” kitabı Arif Musanın oxucularla növbəti görüşüdür.
Bu münasibətlə istedadlı şair dostumuzu təbrik edir və yaradıcılığnda yeni-yeni nailiyyətlər arzu edirik!
/medaz.az/