Xəbər lentİ


Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev” kitabının təqdimatı keçirilib

15:21, 27.12.23
95
yazarlar
Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev” kitabının təqdimatı keçirilibBakı Şəhər İcra Hakimiyyətində (BŞİH) xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində BŞİH və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun yeni layihəsi - Ulu Öndərin həyat və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən elmi məqalələr toplusu olan “Heydər Əliyev” kitabının təqdimatı keçirilib.
BŞİH-dən bildirilib ki, tədbirdə tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, deputatlar, dövlət qurumlarının və ölkə ictimaiyyətinin, KİV-lərin nümayəndələri, Vətən müharibəsi veteranları və qazilər, din xadimləri iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və kitabla bağlı videoçarx nümayiş etdirilib.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən iki fəsildən ibarət akademik xarakterli bu kitab Bakı Şəhər İcra Hakimiyyəti, Tarix və Etnologiya İnstitutunun yeni layihəsidir. Eldar Əzizov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və ölkə başçısı İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və təbliği Azərbaycanda sabitliyin qorunması və ölkəmizin gələcək inkişafına təminat verir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərdən söz açaraq vətənini hədsiz dərəcədə sevən bu dahi insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasından danışıb və bu kitabın Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği işində mühüm rol oynayacağını vurğulayıblar.

Fikirlər

 Oxşar xəbərlər: