Surə Ziyadqızı,
"Qızıl Qələm", "İlin Şairi", "Xan qızı Natəvan",
“Azərbaycan bayrağı” media mükafatları laureate,
şair, publisist, qəzəlxan
ONDA DEYƏCƏM
Ürəyin solmayan bir bahar olsun,
Eşqin ocağında qəlbin var olsun,
Sevgi bağçasında bir nübar olsun,
Onda deyəcəyəm, sevirsən məni.
Səni sevmək üçün gəldim deyərsən,
Vüsalın noğulun mənlə yeyərsən,
Bənövşə eşqimə boyun əyərsən,
Onda deyəcəyəm, sevirsən məni.
Çəməndə lalətək biçərsən məni,
Şərabtək badədə içərsən məni,
Qiyamət günündə seçərsən məni,
Onda deyəcəyəm, sevirsən məni.
O həsrətin dərisini soydursan,
Eşqim ilə gözlərini ovdursan,
Ovcuna məhəbbət közün qoydursan,
Onda deyəcəyəm, sevirsən məni.
SƏNİ UNUTMAQ
Şam kimi yanırsan , bitməkdir məncə,
Tufanda, boranda ölməkdir məncə,
Qaranlıq gecədə itməkdir məncə,
Səni unutnaq.
Yağış buludların həsrət səsidir,
Yerdə yarpaqların əzilməsidir,
Susuz çiçəklərin bir naləsidir,
Səni unutnaq.
Ürək ağrisinin keçməsi deyil,
Quşların uçuşub köçməsi deyil,
Axan sərin suyun içməsi deyil ,
Səni unutmaq.
Axan göz yaşları sevgi yasıdır,
Qəmlərin ürəyə yığılmasıdır,
Ürəyin sökülüb , dağılmasıdır,
Səni unutmaq.
QƏZƏL
(Divan evinə)
Çəkdi yenə eşqim məni can evinə,
Yol gedəcək bir qaragöz xan evinə.
Açdı eşqin qapısın, yar etdi özün,
Bülbül oldu, bağçama, canan evinə,
Həsrətdəyəm, eşqimə fərman da yazır,
Söyləyir, gəl eşqimin yanan evinə.
Odlara yandım,yenə aman dilədim,
Yaralısan, gəl eşqin dərman evinə.
Elə bildim ki, məni mehman edəcək,
Surə, yar çəkdi məni divan evinə.
QƏZƏLSƏN
Ey gözəlim, sən gözəllərdən də gözəlsən,
Bu sevən qəlbimin sirr-pünhanı əzəlsən.
İçmişəm eşqin od camın, ki aşiqinəm,
Şəm ruhumu çənnəti-rizvanə bələsən.
Məcnun libaslıyam, həsrətə yoxdur tabım,
Bağçama gəl, Günəşimsən, bir nur ələsən.
Sevən aşiq ta aşiqinə sadiq olar,
Eşqin tağında ənbər, bir qaş-göz eləsən.
Gəl eşqimi tay tutma ol ləli-gövhərə,
Şəkkər-nəbatım, pətəkdə şanım , beləsən.
Gecə-gündüz şəmtək eşqində ki, yanıram.
Surə deyir, sən tar-kamanımda qəzəlsən.