Xəbər lentİ


Soyqırım qurbanlarını unutmuruq

19:17, 01.04.24
19
siyaset
Soyqırım qurbanlarını unutmuruqAzərbaycan xalqının son 100 illik tarixinə nəzər yetirsək, belə bir faciənin 1918-ci ilin mart soyqırımı olduğunu qətiyyətlə demək olar. Mart soyqırımı sıradan bir hadisə deyildi. Bu, dinc əhalini kütləvi və amansız şəkildə xüsusi qəddarlıqla qətlə yetirən erməni vəhşiliyinin sübutu kimi yaddaşlara hopdu.
Azərbaycanlılara qarşı ermənilər tərəfindən iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Azərbaycan xalqına qarşı qanlı soyqırım aktlarından göründüyü kimi ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər
Ermənilər 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayıb. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib.
Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.
Vətən müharibəsindəki tarixi qələbə Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Xalqımız tarixən başına gətirilən bütün müsibətləri sözsüz ki, unutmur. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələrə obyektiv qiymət verməyə çağırır.
Erməni barbarlığınının faciəsini yaşamış xalqımızın cavab haqqı 30 ildən sonra Prezident İlham Əliyevin liderliyi ilə gəldi. Cənab İlham Əliyevin komandanlığı və dünyanı heyrətləndirən milli birliyimizlə xalqımız torpaqlarımızda uzun müddət kök salmış erməni separatizminə, quldurluğuna, barbarlığına və cinayətkarlığına cəmi 44 gün ərzində son qoydu. Şərəfli və qəhrəman ordumuz mülki şəxsləri hədəf götürmədən işğalçılara döyüş meydanında hərb və ləyaqət dərsi verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi tarixi qələbəmizlə biz təkcə ərazimizi bərpa etmədik, biz erməni faşizminin belini qırdıq. Bununla da, ölkəmiz ərazi bütövlüyünü təmin etməklə erməni cinayətlərinin qurbanı olmuş soydaşlarımızın ruhunu şad etdi.
Cənab Prezidentin qeyd etdiyi kimi erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.
Bu gün ölkəmizin bütöv, azad, tam təhlükəsiz olması ən böyük təskinliyimiz olsa da, soyqırımı qurbanlarını unutmuruq.
Soyqırım qurbanlarını unutmuruq

Novruzova Nazəni Aslan qızı,
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, "ADPU-100", "Dəmir yumruq",
"Heydər Əliyev-99", "Şuşa-270", "H.Əliyev-100" media mükafatları laureatı
31.03.2024

Fikirlər

 Oxşar xəbərlər: